Mehdi Məmmədovun məhkəməsi keçirildi
Xəbərin kodu: 323667 Tarix: 2012/06/20 - 21:40Mənbə: İslam Azeriprint

Represiyaların Davamında
Mehdi Məmmədovun məhkəməsi keçirildi

Yalançı Şahidlərin müəmmalı cavabları məsələdə qaranlıq məqamların olduğundan xəbər verir 

 Mehdi Məmmədovun məhkəməsi keçirildi


Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri hacı Mehdi Məmmədovun qondarma məhkəmə işinə baxılan rejimin Binəqədi Rayon Məhkəməsində növbəti iclas keçirilib.

Qondarma məhkəmə açıq şəkildə baş tutub.

Qondarma hakim saat 11:35-də iclası açıq elan edib. Lakin əsasən şahidlərin dindirilməsi prosesinin aparılması planlaşdırılmış bu dəfəki iclasda şahidlərin heç birinin olmaması iclasa 25 dəqiqəlik fasilə verilməsinə səbəb olub.

Qondarma məhkəmə prosesini ATƏT-in monitorinq qrupunun üzvləri də müşahidə ediblər.

Fasilə başa çatdıqdan və yalançı şahidlər  gəldikdən sonra, saat 12:10-da iclas davam etdirilib.

İlk olaraq Binəqədi Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatçısı İsmayılov Məzahir Oruc oğlu şahid qismində dindirilib. Mehdi Məmmədovun vəkili Zaman Səmədovun suallarına qeyri-dəqiq cavablar verən yalançı şahid bildirib ki, o sadəcə olaraq əmri icra edib. Əmri isə baş əməliyyat müvəkkili Vüqar Nəcəfov verib. Əməliyyatı da bu əmrə əsasən Vüqar Nəcəfovun başçılığı ilə 18.02.2012 tarixdə saat 13 radələrində həyata keçiriblər.

Zaman Səmədovun növbəti suallarından yayınmağa çalışan yalançı şahid daha sonra dedi ki, "Qızdırmam var, özümü pis hiss edirəm, ifadəmdə nə yazmışamsa odur. Həm də ki, artıq olanları dəqiq xatırlamıram."

Növbəti yalançı şahid isə digər əməliyyat müvəkkili Muxtarov Elnur Məhərrəm oğlu olub. Əvvəlcə o hakimin sualına cavab verərkən deyib ki, guya onlar Mehdi Məmmədovdan narkotik vasitə daşıyıb-daşımadığını soruşublar. Mehdi Məmmədov da onda narkotik vasitənin olduğunu deyib. Onlar bunu haradan əldə etdiyini soruşduqda isə, guya Mehdi Məmmədov da deyib ki, əvvəlcədən tanıdığı şəxsdən alıb.

Daha sonra Zaman Səmədov yalançı şahidə suallar ünvanlayarkən isə yalançı şahid Elnur Muxtarov bildirib ki, onlar Mehdi Məmmədovdan soruşduqda Mehdi Məmmədov deyib ki, tanımadığı şəxsdən əldə edib.

Zaman Səmədovun digər suallarına bu yalançı şahid də qeyri-dəqiq, ümumiləşmiş şəkildə cavab verir, konkret cavablardan qaçırdı. Bəzi suallara isə ümumiyyətlə cavab vermir, xatırlamadığını deyir və ya bu sualları baş əməliyyatçı Vüqar Nəcəfova ünvanlamağı xahiş edirdi.

Belə olduqda Mehdi Məmmədovun vəkili Zaman Səmədov hakimə müraciət edərək bildirib ki, yalançı şahidlərin hər ikisi hadisədə bizim üçün mühüm olan məqamları xatırlamadıqlarını deyirlər. Ona görə də, hər iki şəxsin tibbi müayinədən keçirilməsi, onlarda yaddaş pozğunluğuna və ya hər-hansı başqa ruhi çatışmamazlığa gətirib çıxaran xəstəliyin olub-olmaması barədə tibbi rəy verilsin. Çünki onlardan suallarımıza cavab ala bilmirik.

Dövlət ittihamçısı isə buna etirazını bildirib.

Hakim ittiham olunan tərəfin müraciətini qəbul etməyib.

Daha sonra hakim bildirdi ki, nöbəti şahid qismində Binəqədi baş əməliyyatçısı Vüqar Nəcəfov və əməliyyatda yalançı hal şahid kimi iştirak etmiş iki şəxs dindiriləcəklər.

Həmin proses növbəti qondarma məhkəmə iclasında keçiriləcək.

Növbəti qondarma məhkəmə iclası isə, iyunun 25-i saat 11:00-a təyin olunur.

Xatırladaq ki, "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Mehdi Məmmədov fevral ayının 18-i polis bölməsinə çağırılmış, bölmədən çıxarkən isə rejimin Təhlükəsizlik Nazirliyinin muzdurları tərəfindən tutulmuşdur. Binəqədi Rayon Məhkəməsi, istintaq müddətinə Mehdi Məmmədova 2 aylıq azadlıqdan məhrum etmə hökmü çıxarmışdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 




E-mail:
Ad:
Sizin nəzərləriz:
Enter security code
erfan
ABNA World Service
Englishالعربية
Françaisاردو
Españolفارسی
Русский中文
DeutschTürkçe
Azeri (cyr) Azeri (ltin)
Melayu Indonesia
বাংলা हिन्दी
Swahili Myanmar
BosanskiABP sites
  Son xəbərlər