| Xəbərin kodu: 324879 | Tarix: 2012/06/26 - 14:00 | Mənbə: IRNA | print |
Sionizim Məhvə Uğrayacaq Əshaq Əl-Həbib: israil Qəzza Zolağını böyük həbsxanaya çevirib |
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən BMT Təhlükəsizlik Şurasının (TŞ) Nyu-Yorkda keçirilmiş və dinc əhalinin mühafizəsinə həsr olunmuş iclası zamanı Əshaq Əl-Həbib sionist israil rejimin Qəzza Zolağının sakinlərinə qarşı həyata keçirdiyi qeyri-insani siyasəti kəskin şəkildə pisləyib.
İran İslam Respublikasının BMT-dəki nümayəndəsi Əshaq Əl-Həbib belə bir bəyanatla çıxış edib: “israil Qəzza Zolağını böyük həbsxanaya çevirib”.
İİR BMT-dəki nümayəndəsi bu cür siyasətin beynəlxalq norma və konvensiyalara zidd olduğunu deyib.
“Qəzza Zolağının 1,5 milyon sakini BMT-nin humanitar yardımına ehtiyac duyur. Lakin blokada şəraitində bu daşınmaları həyata keçirmək mümkün deyil. İsrail hakimiyyəti beynəlxalq qanunvericiliyi tapdayaraq dinc sakinlərin evlərinə zərbələr endirir.
Sionist israil rejimi Fələstin xalqına qarşı törətdiyi cinayətlərə görə cavab verməlidir.
Lakin, israil İİR və HƏMAS-ı Suriyada böhran yaratmaqda ittiham edir”, - İran nümayəndəsi deyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır