| Xəbərin kodu: 331392 | Tarix: 2012/07/24 - 16:38 | Mənbə: FARS agentliyi \ Tərcümə Trend-indir | print |
Sanksiyalar İflasa Uğradı İİR Venesuala üçün tankeri suya buraxıb |
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Buşəhr əyalətindəki Sadra tərsanəsində Venesuelanın sifarişi ilə tikilən 113 min ton su tutumu olan iri tankerin suya buraxılması mərasimi keçirilib.
Tərsanənin rəhbəri Salman Zərbi agentliyə deyib ki, mərasimdə Buşəhrin meri, Əli Xameneyinin Buşəhrdəki nümayəndəsi, Venesuelanın neft şirkətinin təmsilçiləri, gəmi inşaatçıları iştirak ediblər.
Ötən həftə Zərbi jurnalistlərə məlumat vermişdi ki, Venesuala 2007-ci ildə İrana "Aframax" tipli 94 000 su tutumu olan 4 tankerin tikintisini sifariş verib. Lakin İran layihəyə müəyyən dəyişikliklər edərək bu göstəricini 113 000 tona çatdırıb.
Tankerin uzunluğu 250 metr, eni 44 metr, hündürlüyü 21 metr, suya oturma dərəcəsi 14,8 metrdir.
İkinci tankerin tikintisində işlərin 28 faizi yerinə yetirilib. Hər bir tankerin tikintisi 57 milyon avroya başa gəlir.
Mərasimdə iştirak edən Zərbi qeyd edib ki, Qərbin İran İslam Respublikasına tətbiq etdiyi ağır sanksiyalara baxmayaraq, birinci tanker üzərində iş uğurla başa çatdırılıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır